Səudiyyə Ərəbistanı İsraildən raket əleyhinə müdafiə sistemi alır

Səudiyyə Ərəbistanı İsraildən raket əleyhinə müdafiə sistemi alır Ər-Riyad Təl-Əvivdən silah-sursat və tank da almaq niyyətindədir
Digər ölkələr
8 Yanvar , 2018 16:34
Səudiyyə Ərəbistanı İsraildən raket əleyhinə müdafiə sistemi alır

Bakı. 8 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İsraildən "Dəmir günbəz" raket əleyhinə müdafiə sistemi alması barədə danışıqlara başlayıb.

“Report” İsveçrədə çıxan “Basler Zeitung” qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında qeyri-rəsmi əlaqələr qurulur.

Məlumata görə, Krallıq Yəməndə husi qiyamçılarının atdığı raketlərdən müdafiə məqsədilə "Dəmir günbəz" raket əleyhinə müdafiə sistemini almaq istəyir.

Qəzet Ər-Riyadla Təl-Əviv arasında qeyri-rəsmi hərbi sahədə əməkdaşlıq edildiyini yazıb.

Bundan əlavə, Səudiyyə Ərəbistanı İsraildən silah-sursat və tank da almaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi