Sergey Skripal xəstəxanadan evə buraxılıb

Sergey Skripal xəstəxanadan evə buraxılıb Bakı. 18 may. REPORT.AZ/ Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş əməkdaşı Sergey Skripal Solsberidə qaldığı xəstəxanadan evə buraxılıb.
Digər ölkələr
18 May , 2018 13:47
Sergey Skripal xəstəxanadan evə buraxılıb
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş əməkdaşı Sergey Skripal Solsberidə qaldığı xəstəxanadan evə buraxılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Solsberi regionunun Səhiyyə İdarəsi məlumat yayıb.

Qeyd edək ki, aprel ayının əvvəlində onun qızı Yuliya da xəstəxanadan evə buraxılmışdı.

Xatırladaq ki, rusiyalı hərbi kəşfiyyatçı, 1999-cu ilə qədər Rusiya BKİ-nin əməkdaşı olan Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə Ticarət Mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar nadir əsəb iflic edən maddədən zəhərlənmə diaqnoizu ilə təcili surətdə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyada koma vəziyyətində olub. Bu hadisə nəticəsində 21 nəfər, o cümlədən, hadisə yerinə ilk çatan Nik Beyli adlı polis əməkdaşı da zəhərlənib.

Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib.

Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi