Serbiyanın yeni seçilmiş prezidenti xalqa ona göstərilən etimada görə təşəkkür edib

Serbiyanın yeni seçilmiş prezidenti xalqa ona göstərilən etimada görə təşəkkür edib Vuçiçin seçki qərargahı namizədin prezident seçkilərində qalib gəldiyini açıqlayıb
Digər ölkələr
3 Aprel , 2017 00:38
Serbiyanın yeni seçilmiş prezidenti xalqa ona göstərilən etimada görə təşəkkür edib
Foto: Reuters/ Marko Djurica

Bakı. 3 aprel. REPORT.AZ/ Serbiyanın yeni seçilmiş prezidenti Aleksandr Vuçiç xalqa ona göstərdiyi etimada görə təşəkkür edib.

"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər verib.

Xəbərdə bildirilir ki, Vuçiçin seçki qərargahı namizədin prezident seçkilərində qalib gəldiyini açıqlayıb. Bundan sonra o, vətəndaşlara müraciət edib.

"Mən insanların etibarından çox qürurluyam. Seçki məntəqələrinə gəlmiş 3 milyon 700 min seçicidən 2 milyon 35 min nəfəri səslərini mənim lehimə verib. Bütün qalan namizədlərin birlikdə qazandığı səsdən 12 faiz çox səs yığdım", - deyə sabiq baş nazir bildirib.

Prezident seçilmiş Vuçiç Rusiya Federasiyası və Koreya Xalq Respublikasıyla mehriban münasibətlərin saxlanılmasıyla Avropa Birliyi yolunu davam etməyə söz verib.

Serbiyanın Respublika Seçki Komissiyasının məlumatına görə, Vuçiç seçicilərin 59.79 faizinin səsini qazanıb. Səslərin sayına görə ikinci yeri keçmiş ombudsman, hüquqşünas Saşa Yankoviç (13,18 faiz) tutur.  Üçüncü yerdə isə 8,3 faiz səslə Luka Maksimoviç qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi