Serbiyada koronavirusdan ölənlərin sayı 240-a çatdı

Serbiyada koronavirusdan ölənlərin sayı 240-a çatdı Serbiyada ötən sutkada daha 1 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
27 May , 2020 19:35
Serbiyada koronavirusdan ölənlərin sayı 240-a çatdı

Serbiyada ötən sutkada daha 1 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 240-a yüksəlib.

Bildirilib ki, qeydə alınmış yoluxma hallarının sayı daha 48 nəfərdə aşkarlanaraq 11 275 nəfərə çatıb. Serbiyada indiyədək 6 277 nəfər virusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,7 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 352 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Orphus sistemi