Serbiyada etirazçılar yenidən mitinqə toplaşıb və nəqliyyatın hərəkətini dayandırıblar

Serbiyada etirazçılar yenidən mitinqə toplaşıb və nəqliyyatın hərəkətini dayandırıblar Belqradda “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarlarının yeni mitinqə başlayıb.
Digər ölkələr
26 dekabr 2023 21:18
Serbiyada etirazçılar yenidən mitinqə toplaşıb və nəqliyyatın hərəkətini dayandırıblar

Belqradda “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarlarının yeni mitinqə başlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Belə ki, etirazçılar yenidən Respublika Seçki Komissiyasının binası yaxınlığında toplaşıb, onların sayının bir neçə yüz nəfər olduğu bildirilir. Aksiyaçılar əllərində plakatlar tutublar və fit çalıblar. Kralya Milana küçəsində nəqliyyatın hərəkəti kəsilib.

Qeyd edək ki, dekabrın 25-də də paytaxtda “Serbiya zorakılığa qarşı” koalisiyası tərəfdarlarının mitinqi keçirilib. Etirazçılar parlament üzvü Srdjan Milivoyeviçin çağırışı ilə bir gün əvvəl Belqrad administrasiyası binası yaxınlığında iğtişaşlar zamanı saxlanılan müxalifət tərəfdarlarının “taleyini öyrənmək” istədiklərini bildiriblər.

Onlar daha sonra nümayişi bitirib, dağılışıblar. Həbslər və ya iğtişaşlar barədə məlumat verilməyib.

Serbiyada etirazlar “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyasının qalib gəldiyi növbədənkənar parlament seçkilərinin nəticələrinə görə başlayıb. İyirmi üç faizdən çox səs toplayan müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edir.

Son xəbərlər

Orphus sistemi