Serbiya prezidenti ilk dəfə Kosovoya səfər edib

Serbiya prezidenti ilk dəfə Kosovoya səfər edib Bakı. 20 yanvar. REPORT.AZ/ Serbiya prezidenti Aleksandr Vuçuç yanvarın 20-də Kosovoya səfər edib.
Digər ölkələr
20 Yanvar , 2018 15:17
Serbiya prezidenti ilk dəfə Kosovoya səfər edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Serbiya prezidenti Aleksandr Vuçuç yanvarın 20-də Kosovoya səfər edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, Kosovonun Bansk şəhərindəki eyni adlı monastıra baş çəkib.

Həmin şəhərdə 500-ə yaxın serb yaşayır. Bu monastırın XIV əsrin əvvəllərində tikildiyi bildirilir. XVII əsrdə uçub, XX əsrin sonlarında isə əvvəlki yerində bərpa edilib.

A.Vuçiç Kosovoya prezident kimi ilk dəfədir səfər edir. Əvvəllər o, Kosovonı baş nazir olaraq ziyarət etmişdi. Onun Kosovodakı serb icmasının nümayəndələri ilə görüşü də planlaşdırılıb. 

Serbiya prezidentinin səfəri zamanı təxribat cəhdləri qeydə alınmayıb. 

Son xəbərlər

Orphus sistemi