Serbiya parlamenti yeni hökuməti təsdiqlədi

Serbiya parlamenti yeni hökuməti təsdiqlədi Serbiya Milli Məclisinin deputatları (250 yerlik parlament - Red) çərşənbə günü səs çoxluğu ilə respublikanın yeni hökumətini təsdiq ediblər.
Digər ölkələr
29 Oktyabr , 2020 03:19
Serbiya parlamenti yeni hökuməti təsdiqlədi

Serbiya Milli Məclisinin deputatları (250 yerlik parlament - Red) çərşənbə günü səs çoxluğu ilə respublikanın yeni hökumətini təsdiq ediblər.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, parlamentin iclasında 232 millət vəkili iştirak edib. Onlardan 227-si daha əvvəl Serbiyanın baş naziri Ana Brnabiçin təklif etdiyi namizədləri dəstəkləyib, 5 millət vəkili təklifin əleyhinə səs verib.

Bundan sonra Nazirlər Kabinetinin yeni üzvləri ölkə qanunvericiliyinə uyğun and içiblər. Serbiya hökumətinə hazırkı Baş nazir Ana Brnabiç rəhbərlik edir.

Beləliklə, yeni hökumətin 21 nazirlik və portfeli olmayan iki naziri var, onlardan 11-i qadındır.

Son xəbərlər

Orphus sistemi