Serbiyanın baş naziri Srebrenitsa qətliamının anım mərasimində iştirak edəcək

Serbiyanın baş naziri Srebrenitsa qətliamının anım mərasimində iştirak edəcək "Artıq bütün dünya Belqrad hökümətinin faciə qurbanlarının ruhu önündə baş əyməyə hazır olduğunu görməlidir"
Digər ölkələr
8 İyul , 2015 04:23
Serbiyanın baş naziri Srebrenitsa qətliamının anım mərasimində iştirak edəcək

Bakı. 8 iyul. REPORT.AZ/ Serbiya baş naziri Aleksandr Vuçiç hər ilin iyulun 11-də təşkil olunan Srebrenitsa qətliamının anın mərasimində iştirak edəcək.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Vuçiç bəyan edib ki "artıq bütün dünya Belqrad hökümətinin faciə qurbanlarının ruhu önündə baş əyməyə hazır olduğunu görməlidir".

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası Srebrenitsa qətliamının soyqırım aktı kimi tanınmasına dair qətnamənin müzakirəsini bir neçə gün təxirə salıb.

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu qanlı hadisə 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib.

BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi