Bakı. 11 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın hakimiyyət orqanları təyyarə ilə KXDR-ə 200 ton narıngi göndərib.
"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi ölkə prezidentinin administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, narıngilər Seulun Pxenyanın göndərdiyi iki tonluq yeməli "maçutake" göbələklərinə cavab hədiyyəsi olub. Daha əvvəl KXDR lideri Kim Çen In Cənubi Koreyanın prezidenti Mun Çje İnə 2 ton qiymətli göbələk hədiyyə edib.
"Narğıngilər ona görə seçilib ki, indi onların mövsümüdür və Şimali Koreyada bu məhsula nadir hallarda rast gəlinir", - deyə Cənubi Koreya prezidentinin nümayəndəsi bildirib.
Mun Çje İn administrasiyasından əlavə ediblər ki, Cənubi Koreya KXDR-də bu məhsulun dadına daha çox insanın baxacağına ümid edirlər.