Yuxarı
    Bağlamaq

    Seneqalda balıqçı gəmisi qəzaya uğrayıb, 17 nəfər ölüb, 40 nəfər xəsarət alıb

    Seneqal prezidenti Maki Sall ölkə üzrə üçgünlük matəm elan edib

    Bakı. 25 aprel. REPORT.AZ/ Afrikanın qərbində yerləşən Seneqalın mərkəzində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

    “Report” “Associadet Press”ə istinadən xəbər verir ki, Seneqal Prezidenti Maki Sall ölkə üzrə üçgünlük matəm elan edib.

    Gəminin göyərtəsində 60 nəfər olub.

    Qeyd edək ki, Seneqalın mərkəzi hissəsi bir neçə kiçik adadan ibarətdir. Sakinlər adətən sərnişinlə dolu qayıqlarla hərəkət edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi