Senatda Trampın impiçmenti prosesi fevralın 8-dən sonra başlayacaq

Senatda Trampın impiçmenti prosesi fevralın 8-dən sonra başlayacaq Senatdakı demokratların lideri Çak Şumer ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçmenti üzrə prosesin başlanğıc tarixini açıqlayıb.
Digər ölkələr
23 Yanvar , 2021 03:49
Senatda Trampın impiçmenti prosesi fevralın 8-dən sonra başlayacaq
Donald Tramp

Senatdakı demokrat çoxluğun lideri Çak Şumer ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçmenti üzrə prosesin başlanğıc tarixini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” bildirib.

Onun sözlərinə görə, impiçment üzrə maddələr yanvarın 25-də, bazar ertəsi təqdim ediləcək.

Çak Şumer əlavə edib ki, bundan sonra ittiham və müdafiə tərəfi iki həftə ərzində Senatda qarşıdakı prosesə hazırlaşa və öz rəylərini xüsusi sənədlərdə rəsmiləşdirə biləcəklər.

Son xəbərlər

Orphus sistemi