Şarl Mişel Qətər əmiri ilə bərpa olunan enerji məsələlərini müzakirə edib
Şarl Mişel Qətər əmiri ilə bərpa olunan enerji məsələlərini müzakirə edibAvropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə ilk dəfə keçiriləcək Aİ - Körfəz Əməkdaşlıq Şurası (GCC) Sammitini müzakirə edib.
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə ilk dəfə keçiriləcək Aİ - Körfəz Əməkdaşlıq Şurası (GCC) Sammitini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə o, "X" də yazıb.
Aİ Şurasının Prezidenti bildirib ki, bu sammit tərəflər arasında siyasi dialoqun strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün fürsət olacaq:
"Körfəz Əməkdaşlıq Şurasının sədri kimi dəstəyiniz çox vacibdir. Bu sammit bizim tərəfdaşlığımızı və siyasi dialoqumuzu strateji səviyyəyə qaldırmaq üçün fürsət olacaq. Biz bir çox sahələrdə birgə fəaliyyətimizi dərinləşdirəcəyik. Bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə, ticarət və investisiyalar, xalqlar arasında əlaqələri gücləndirmək həmin sahələr sırasındadır".
With his Highness @TamimBinHamad we discussed our upcoming first ever EU-@GCCSG Summit.
Your support as Chair of the Gulf Cooperation Council is crucial. This Summit will be an opportunity to elevate our partnership and political dialogue to a strategic level.