Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kiyevdə baş vermiş helikopter qəzası ilə bağlı Ukraynaya başsağlığı verib.
“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
Ş.Mişel bildirib ki, həlak olan daxili işlər naziri Denis Monastırski Aİ-nin dostu idi: “Biz Ukraynanın kədərini bölüşürük. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.
Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Göyərtəsində 9 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 19 nəfər ölüb, 29 nəfər yaralanıb.