Şanxayda keçirilən "Formula-1" üzrə Çin Qran Prisinə yekun vurulub

Digər ölkələr
  • 09 aprel, 2017
  • 08:49
Şanxayda keçirilən Formula-1 üzrə Çin Qran Prisinə yekun vurulub

Bakı. 9 aprel. REPORT.AZ/ Şanxayda keçirilən "Formula-1" üzrə Çin Qran Prisinə yekun vurulub.

"Report"un məlumatına görə, 56 dövrədən ibarət yürüşün qalibi adına "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton layiq görülüb.

O, finişə 1 saat 37 dəqiqə 36,158 saniyəyə çatıb. İkinci yeri Avstraliyanın Melburn şəhərindəki ilk yürüşün qalibi, "Ferrari"nin alman pilotu Sebastyan Fettel tutub. Üçüncü yerdə isə "Red Bull"un holland pilotu Maks Ferstappen qərarlaşıb. 5 pilot finişə çata bilməyib ki, onların arasında ötən il Bakıda keçirilmiş Avropa Qran Prisinin səfiri, "Maklaren Honda"nın ispan üzvü Fernando Alonso da var.

İlk 2 mərhələdən sonra Hemilton və Fettel hərəyə 43 xalla turnirə liderlik edirlər. Ferstappen 25 xalı var. Konstruktorların mübarizəsində "Mercedes" 66, "Ferrari" 65, "Red Bull Racing Tag Heuer" isə 37 xalla ilk 3 pillədədirlər.

Qeyd edək ki, növbəti Qran Pri 14 - 16 apreldə Bəhreyndə olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti