Salvadorda kütləvi qətl törədilib

Salvadorda kütləvi qətl törədilib Öldürülənlərdən 5-i kişi, 1-i qadındır
Digər ölkələr
15 Oktyabr , 2017 02:28
Salvadorda kütləvi qətl törədilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Salvadorda 6 nəfər quldurların kütləvi qətlinin qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun Usulutandakı nümayəndəliyinin "Twitter"də yayılan xəbərində qeyd edilir ki, öldürülənlərdən 5-i kişi, 1-i qadındır. Cinayətin səbəbi hələlik məlum deyil.

Salvador ərazisində "Barrio-18" və "Mara Salvatrucha" adlı iki əsas cinayətkar qruplaşma mövcuddur. Onlar həmçinin ABŞ-da, Meksikada və Mərkəzi Amerika ölkələrində də ən güclü cinayətkar qruplaşmalardır. Hər iki bandanın ümumilikdə 70 minə yaxın üzvü var.  

Son xəbərlər

Orphus sistemi