Salvadorda 18 polis əməkdaşı 48 qətl işi üzrə saxlanılıb

Salvadorda 18 polis əməkdaşı 48 qətl işi üzrə saxlanılıb Salvadorda 14 polis və 4 keçmiş polis əməkdaşı 48 qətl işi üzrə saxlanılıb.
Digər ölkələr
1 Oktyabr , 2019 04:35
Salvadorda 18 polis əməkdaşı 48 qətl işi üzrə saxlanılıb

Salvadorda 14 polis və 4 keçmiş polis əməkdaşı 48 qətl işi üzrə saxlanılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Raul Melara jurnalistlərə bildirib.

"Biz Morasan, San-Miqel departamentlərində üzvləri 48 qətl törətmiş, aralarında 14 polis, 4 keçmiş polis əməkdaşı olan cinayətkar şəbəkənin fəaliyyətinə son qoyduq, onların hamısı tutulub", - deyə o bildirib.

Salvador Latın Amerikasnın qətllər və zorakılıq hadisələrinin çox olduğu ölkələrindən biridir. Hakimiyyət cinayətlərlə mübarizə üzrə xüsusi plan hazırlayıb. 

Son xəbərlər

Orphus sistemi