Yuxarı
    Bağlamaq

    Salah Abdeslam Fransaya ekstradisiya edilib

    Parisdə terror aktları törətməkdə əsas şübhəli şəxs olan S.Abdeslam martın 18-də Brüsseldə həbs edilib

    Bakı. 27 aprel. REPORT.AZ/ Parisdə terror aktları törətməkdə əsas şübhəli şəxs olan Salah Abdeslam Fransaya ekstradisiya edilib.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçika prokurorluğundan məlumat verilib.

    Qeyd edək ki, S.Abdeslam Belçika polisinin keçirdiyi xüsusi əməliyyat zamanı martın 18-də Brüsseldə həbs edilib.

    Xatırladaq ki, ötən ilin noyabrında Parisdə "Stad de Frans" stadionu yaxınlığında, "Bataklan" teatrında və yaxınlıqda yerləşən Kamboca restoranında törədilmiş terror hücumları nəticəsində 130-dan çox adam həyatını itirib, 350-yə yaxın insan isə yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi