Yuxarı

Sakit okeanda 7.0 bal gücündə zəlzələ baş verib

Sunami xəbərdarlığı elan olunmayıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Sakit okeandaki Solomon adalarının sahillərində 7,0 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Dadali şəhərindən 80 km. cənuib-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 10 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi