Şahzadə Harri və Meqan Markl aviaqəza təhlükəsi ilə üzləşiblər

Şahzadə Harri və Meqan Markl aviaqəza təhlükəsi ilə üzləşiblər Bakı. 15 oktyabr. REPORT.AZ/ Güclü ildırım Niderlanda uçan Böyük Britaniya kraliçasının nəvəsi şahzadə Harri ilə amerikalı aktrisa və model Meqan Marklın da olduğu Dassault Falcon 7X təyyarəsini vurub.
Digər ölkələr
15 Oktyabr , 2018 02:16
Şahzadə Harri və Meqan Markl aviaqəza təhlükəsi ilə üzləşiblər

Bakı. 15 oktyabr. REPORT.AZ/ Güclü ildırım Niderlanda uçan Böyük Britaniya kraliçasının nəvəsi şahzadə Harri ilə amerikalı aktrisa və model Meqan Marklın da olduğu "Dassault Falcon 7X" təyyarəsini vurub.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir. 

Bildirilir ki, təyyarə qəzadan güclə xilas olub. Məlumata görə, hadisə cütlüyün Sassekskiedən Amsterdama, gizli tədbirə gedən vaxt baş verib.

Otuz milyon voltluq ildırım çaxması hava gəmisinin burun hissəsinə, hava maşınının naviqasiya sistemindən bir neçə santimetr məsafəsinə toxunub. Bununla belə, təyyarə Amsterdamın Sxipxol aeroportuna uğurlu eniş edə bilib.

Enişdən sonra hava maşını təmirə göndərilib və şahzadə Harri ilə Meqan Markla başqa təyyarə verilib. Xatırladaq ki, Harri ilə Meqan Marklın nikah mərasimi mayın 19-da keçirilib.

Son xəbərlər

Orphus sistemi