Bakı. 27 noyabr. REPORT.AZ/ Böyük Britaniya şahzadəsi Harri amerikalı aktrisa Meqan Markl ilə evlənir.
"Report" xəbər verir ki, bu barədə Britaniya kral sarayının mətbuat xidmətindən bildiriblər.
Nişan noyabr ayında baş tutub. Toyun gələn ilin yazında keçiriləcəyi planlaşdırılır.
Kral sarayından verilən bəyanatda şahzadə Harrinin istəyini kraliça II Yelizavetaya və Böyük Britaniyanın kral ailəsinin digər üzvlərinə bildirdiyi, eləcə də xanımın valideynlərindən xeyir-dua aldığı qeyd edilib.
Toydan sonra cütlük Kensinqton sarayının iqamətgahlarından birində yaşayacaq.
33 yaşlı şahzadə Harri Britaniya taxtının sayca beşinci varisidir.