Şahzadə Filip dəfn edilib - YENİLƏNİB

Şahzadə Filip dəfn edilib - YENİLƏNİB Böyük Britaniya kraliçası II Elizavetanın əri - şahzadə Filip Vindzor qəsrində müqəddəs Georgi kilsəsində dəfn edilib
Digər ölkələr
17 Aprel , 2021 19:11
Şahzadə Filip dəfn edilib - YENİLƏNİB

Böyük Britaniya kraliçası II Elizavetanın əri - şahzadə Filip Vindzor qəsrində müqəddəs Georgi kilsəsində dəfn edilib.

“Report” xəbər verir ki, Edinburq hersoqu hələ sağlığında özünün dəfn mərasimi ətrafında səs-küy istəmədiyini bildirib və mərasimin izdihamsız keçirilməsini istəyib. Digər tərəfdən koronavirus pandemiyası onun arzusunu həyata keçirməyə imkan verib: mərasimdə onun 30 ən yaxın qohumu iştirak edib, dəfn duaları oxunub. Onun tabutunu kraliça və şahzadənin oğulları, nəvələri, həmçinin kral ailəsinin digər üzvləri və mərhum şahzadənin saray əməkdaşları müşayiət edib.

Edinburq hersoqu Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib. O, kraliça II Elizabet ilə 73 il evli olub. Onun 4 övladı, 8 nəvəsi və 10 nəticəsi var.

Mərasim Britaniya televiziyası ilə translyasiya olunub.

Böyük Britaniyanın baş naziri Boris Conson dəfndə iştirak etməyib.

18:07

Vindzor qəsrində Britaniya kraliçası II Elizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filiplə dəfn mərasimi başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Edinburq hersoqu Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib.

Koronavirus pandemiyası ilə əlaqədar dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçirilir. Mərasim Britaniya televiziyası ilə translyasiya edilir.

Böyük Britaniyanın baş naziri Boris Conson dəfndə iştirak etmir.

Son xəbərlər

Orphus sistemi