Sadır Japarov Qırğızıstanda prezident seçkilərində qalib gəldi

Sadır Japarov Qırğızıstanda prezident seçkilərində qalib gəldi Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov ötən gün keçirilmiş prezident seçkilərində qalib gəlib.
Digər ölkələr
531
11 Yanvar , 2021 05:37
Sadır Japarov Qırğızıstanda prezident seçkilərində qalib gəldi
Sadır Japarov

Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov ötən gün keçirilmiş prezident seçkilərində qalib gəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, seçki bülletenlərinin 98%-nin sayılmasından sonra onun seçicilərin 79%-dən çox səsini yığması məlum olub.

Qeyd edilir ki, 2 476 seçki məntəqəsinin 2 425-də bülletenlər hesablanıb. Bu məntəqələrdə Japarova 1,117 milyon nəfər, yaxud 79,2 faiz seçici səs verib.

Məlumata görə, sayılmamış seçici səsləri artıq ümumi nəticəni dəyişdirməyəcək - Japarov qəti qələbə qazanıb.

Səsvermələrin nəticəsinə görə siyahıda ikinci yeri 6,5%-dən bir qədər çox səs toplamış Adaxan Madumarov tutub. Üçüncü yerə 3%-dən az səslə Babırjan Tolbayev çıxıb.

Qırğızıstanda prezident vəzifəsinə 17 namizəd iddialı idi. Bəzi namizədlər seçkilərin nəticəsini tanımayıblar.

Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.

Bununla da Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.

Qırğızıstanın əvvəlki prezidenti Sooronbay Jeenbekov parlament seçkilərinin nəticələri ilə razılaşmayanların kütləvi etirazları fonunda ötən ilin oktyabrında istefa verməyə məcbur olub.

Son xəbərlər

Orphus sistemi