Sabah Avstriyada tətil səbəbindən qatarların hərəkəti dayandırılacaq

Sabah Avstriyada tətil səbəbindən qatarların hərəkəti dayandırılacaq Bazar ertəsi, noyabrın 28-də Avstriya dəmiryolçuları tətil edəcək, nəticədə bütün ölkə ərazisində qatarların hərəkəti dayandırılacaq.
Digər ölkələr
27 Noyabr , 2022 20:45
Sabah Avstriyada tətil səbəbindən qatarların hərəkəti dayandırılacaq

Bazar ertəsi, noyabrın 28-də Avstriya dəmiryolçuları tətil edəcək, nəticədə bütün ölkə ərazisində qatarların hərəkəti dayandırılacaq.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Dəmiryolçular aylıq məvaciblərin 400 avro artırılmasını tələb edirlər.

Qeyd olunub ki, danışıqların beşinci raundu uğursuz nəticələndikdən sonra Həmkarlar İttifaqı bütün bazar ertəsi davam edəcək və gecə qatarları da daxil olmaqla transsərhəd dəmir yolu hərəkətinə təsir edəcək xəbərdarlıq tətili elan edib.

Vurğulanıb ki, əgər bir günlük tətildən sonra dəmiryolçuların tələbləri təmin olunmasa, o zaman etirazlar təkrarlana bilər.

Son xəbərlər

Orphus sistemi