Moskva vilayətində “Elektroizolit” zavodu yanır

Moskva vilayətində “Elektroizolit” zavodu yanır Rusiyanın Moskva vilayətinin Xotkov şəhərində “Elektroizolit” zavodunun korpuslarından biri yanır.
Digər ölkələr
1 Aprel , 2024 17:32
Moskva vilayətində “Elektroizolit” zavodu yanır

Rusiyanın Moskva vilayətinin Xotkov şəhərində yerləşən “Elektroizolit” zavodunun korpuslarından birində yanğın başlayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Mash” "Telegram" kanalı yayıb.

Bildirilib ki, “Elektroizolit" çoxprofilli elektrotexniki sənaye zavodudur. O, əsasən izolyasiya materialları istehsal edir.

Yanğın zamanı xəsarət alanlar və dəyən zərər barədə məlumat verilməyib.

Yanğının sahəsi dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi