Yuxarı

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının oktyabrda keçiriləcək iclasının proqramını təqdim edib

Rusiya BMT TŞ-yə terrorizm və ekstremizmin təbliğatıyla mübarizəyə yönəlmiş qətnamə layihəsi təqdim edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Təhlükəsizlik Şurasının oktyabrda keçiriləcək iclasının proqramını təqdim edib.

"Report" xəbər verir ki, oktyabr ayında ümumilikdə 20 iclas keçiriləcəyi planlaşdırılır.

V.Çurkin mətbuata açıqlamasında bildirib ki, bu gün onun rəhbərlik etdiyi nümayəndə heyəti nəzərdən keçirilməsi üçün BMT Təhlükəsizlik Şurasının üzvlərinə terrorizm və ekstremizm təbliğatının qadağan olunmasına yönəlmiş yeni qətnamə layihəsi təqdim edib.

Səfir Şura üzvlərinin oktyabrın 5-də BMT baş katibinin namizədliyi üzrə ilkin səsvermənin növbəti mərhələsinə - daimi və qeyri-daimi üzvlər üçün müxtəlif rəngli bülletenlərdən istifadə ilə səsvermə proseduruna keçəcəklərini də qeyd edib.

"Bu o deməkdir ki, Şuranın daimi üzvlərinin necə səs verəcəyi, eləcə də bu və ya digər namizədə qarşı veto qoyulub-qoyulmayacağı məlum olacaq", - deyə Rusiyanın daimi nümayəndəsi bildirib. Onun sözlərinə görə, bundan sonra Şura üzvləri rəsmi səsverməyə keçidə hazır olub-olmadıqlarına qərar verəcək.

V.Çurkinin bildirdiyinə görə, oktybar ayında regional təşkilatlarla əməkdaşlığa dair iclas keçiriləcək. Şuranın gündəmində ənənəvi olaraq, Yaxın Şərq mövzusu - Fələstin-İsrail nizamlanması üzrə debatlar, Livan üzrə 1559 saylı qətnamənin icrası haqqında hesabatların müzakirəsi və Yəməndəki vəziyyət olacağı planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi