Rusiyanın altı uzaq bombardımançısı Suriyada İŞİD-ə zərbə endirib

Rusiyanın altı uzaq bombardımançısı Suriyada İŞİD-ə zərbə endirib Hədəf terrorçuların düşərgələri, silah-sursat anbarları olub
Digər ölkələr
21 Yanvar , 2017 18:51
Rusiyanın altı uzaq bombardımançısı Suriyada İŞİD-ə zərbə endirib

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın “Tu-22M3” tipli altı uzaq bombardımançısı Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD terrorçularının obyektlərinə qrup şəklində aviasiya zərbəsi endirib.

“Report” RNS-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hədəf quldur dəstələrinin baza düşərgələri, silah-sursat anbarları, zirehli texnika və canlı qüvvələrinin toplaşma yeri olub”, - deyə məlumatda bildirilir.

Obyektiv nəzarət məlumatları ilə bütün nəzərdə tutulan hədəflərin uğurla məhv edildiyi təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi