Rusiyada universitetə silahlı basqında 8 nəfər ölüb, 28 nəfər xəsarət alıb

Rusiyada universitetə silahlı basqında 8 nəfər ölüb, 28 nəfər xəsarət alıb Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.
Digər ölkələr
20 Sentyabr , 2021 13:50
Rusiyada universitetə silahlı basqında 8 nəfər ölüb, 28 nəfər xəsarət alıb

Perm Dövlət Universitetinə hücum nəticəsində xəsarət alanların sayı 28 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu “RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, tibbi yardımla bağlı 28 nəfər müraciət edib, onların bir hissəsi hospitala yerləşdirilib.

12:00

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.

11:50

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

11:40

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

“Report” Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

11:24

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi