​Rusiyada təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Digər ölkələr
  • 10 aprel, 2016
  • 13:13
​Rusiyada təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Bakı. 10 aprel. REPORT.AZ/ Rusiyanın Çelyabinsk vilayətində "Yak-52" tipli idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” xəbər agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ural regional mərkəzinin nümayəndəsi xəbər verib.

Təyyarə Kalaçevo aerodromundan 8 kilometr aralıda yerə düşüb. Nəticədə pilot və sərnişin ölüb.

Həlak olmuş sərnişinin kimliyi araşdırılır.