​Dağıstanda iki silahlı öldürülüb

​Dağıstanda iki silahlı öldürülüb Öldürülən şəxslərin kimliyi açıqlanmır
Digər ölkələr
29 May , 2016 04:33
​Dağıstanda iki silahlı öldürülüb

Bakı. 29 may. REPORT.AZ/ Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları iki silahlı şəxsi məhv edib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dağıstanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumatda bildirilir ki, asayiş keşikçiləri Dağıstanın Rukel və Mitaği-Qazmalar yaşayış məskənləri arasındakı ərazidə silahlı şəxslərin yerini müəyyənləşdiriblər.

Lakin silahlılar polisə atəş açıblar. Hüquq-mühafizə orqanılarının cavab atəşi ilə silahlılardan ikisi də öldürülüb. 

Öldürülən şəxslərin kimliyi açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi