Rusiyada qəzaya uğramış helikopterin qalıqları tapılıb - YENİLƏNİB-2

Rusiyada qəzaya uğramış helikopterin qalıqları tapılıb - YENİLƏNİB-2 Xilasedicilər həmçinin sərnişinlərdən birinin qalıqlarını müəyyən ediblər
Digər ölkələr
13 Fevral , 2017 08:53
Rusiyada qəzaya uğramış helikopterin qalıqları tapılıb - YENİLƏNİB-2

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyada ötən gün qəzaya uğramış helikopterin qalıqları tapılıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi fövqəladə xidmətlərə istinadən məlumat yayıb.

Xəbərdə həmçinin bildirilir ki, xilasedicilər qəza zamanı həlak olmuş sərnişinlərdən birinin qalıqlarını müəyyən ediblər.  

Rusiya Federasiyasının Altay Respublikasında qəzaya uğramış helikopterdə baş nazirin sabiq müavini və iki uşağı olub.

"Report"un məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Anatoli Bannıx xanımı və iki övladı ilə helikopterin göyərtəsində olub.

Qeyd edək ki, hadisə Teleçk gölü ərazisində baş verib.

"Robinson R-66" vertolyotunun göyərtəsində 5 nəfərin olduğu bildirilir. 



***20:00

Rusiyada helikopter qəzaya uğrayıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, hadisə Teleçk gölü ərazisində baş verib.

"Robinson R-66" vertolyotunun göyərtəsində 5 nəfərin olduğu bildirilir.

Helikopterin "Altayavia" şirkətinə məxsus olduğu bildirilir. Məlumatda bildirilir ki, vertolyot səyahət uçuşu keçirirmiş.

Helikopter gölə düşüb.

Son xəbərlər

Orphus sistemi