Rusiyada "Google" şirkətinin seçkilərə müdaxilə edəcəyi ilə bağlı şübhələr yaranıb

Rusiyada "Google" şirkətinin seçkilərə müdaxilə edəcəyi ilə bağlı şübhələr yaranıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiya Prokurorluğu, Mərkəzi Seçki Komissiyası, Rusiya Federal Rabitə, İT, Kütləvi Kommunikasiya Sahələrinin Nəzarəti Xidməti (RFRİTKK) Google şirkətinə bu ölkədəki seçkilərə müdaxilənin yolverilməz olması barədə xəbərdarlıq ediblər.
Digər ölkələr
4 Sentyabr , 2018 14:41
Rusiyada Google şirkətinin seçkilərə müdaxilə edəcəyi ilə bağlı şübhələr yaranıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiya Prokurorluğu, Mərkəzi Seçki Komissiyası, Rusiya Federal Rabitə, İT, Kütləvi Kommunikasiya Sahələrinin Nəzarəti Xidməti (RFRİTKK) "Google" şirkətinə bu ölkədəki seçkilərə müdaxilənin yolverilməz olması barədə xəbərdarlıq ediblər. 

Bu barədə “Report” RİA "Novosti”yə istinadən xəbər verir.

RFRİTTK-nin direktor müavini Vadim Subbotin onlarla ixtisaslaşmış "YouTube" kanalında Rusiya qanunlarını pozmağa dair kütləvi çağırışların olduğunu iddia edib.

Onun sözlərinə görə, "Google"yə müvafiq məktub göndərilib.

Rusiyanın MSK üzvü Aleksandr Klyukin həmin agentliyə bildirib ki, komissiya sözügedən şirkətə vahid səsvermə günü - 9 sentyabr ərəfəsində siyasi aksiyalara qoşulmaq haqqında çağırışlarla bağlı məktub göndərib.

Bununla yanaşı, Moskva Mərkəzi Dairə Prokurorluğu seçki qanunlarını pozmağın yolverilməz olması ilə bağlı xəbərdarlıq verib.

Qeyd edək ki, sentyabrın 9-da - vahid səsvermə günü Rusiyanın 26 bölgə başçısı, Dövlət Dumasının 7 və 16 yerli parlamentin deputatı, 4 bölgə mərkəzinin meri, bir neçə min bələdiyyə başçısı və bələdiyyə deputatları seçiləcək. Rusiya MSK-nın məlumatına görə, ümumiyyətlə, ölkənin 80 subyektində müxtəlif səviyyəli 4800-dək vəzifəyə seçki keçiriləcək.

Son xəbərlər

Orphus sistemi