Bakı. 29 mart. REPORT.AZ/ Rusiyada baş vermiş yanğın zamanı 3 nəfər yanaraq ölüb.
"Report" xəbər verir ki, bu barədə "TASS" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Moskva ətrafındakı Klin şəhərində qeydə alınıb. "Karl Marks küçəsi, 87 v ünvanındakı "Sapojok" kafesində yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb" – deyə mənbə agentliyə bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidmətindən xəbəri təsdiqləyiblər. Bildirilib ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. Onlardan 3-ü sonradan xəstəxanada dünyasını dəyişib.
Alovun söndürülməsinə 10 ədəd texnika və 34 yanğınsöndürən cəlb edilib. Yanğın söndürülüb