Rusiyada ayı ovçunu parçalayaraq öldürüb

Rusiyada ayı ovçunu parçalayaraq öldürüb Rusiyanın Kamçatka regionundakı çaylardan birində ayı kişiyə hücum edib.
Digər ölkələr
5 May , 2019 08:20
Rusiyada ayı ovçunu parçalayaraq öldürüb

Rusiyanın Kamçatka regionundakı çaylardan birində ayı kişiyə hücum edib.

"Report" "Kamçatka-İnform"a istinadən xəbər verir ki, faciə Ust-Bolşerets rayonunda, Utka və Mitoqa çayları arasında baş verib.

Bildirilir ki, kişi təkbaşına ova çıxıb və itkin düşüb. Sonradan məlum olub ki, ovçunu ayı parçalayıb. Bir müddətdən sonra yaxınlıqda ov edən yerli sakinlər kişinin meyitini aşkar ediblər.

Hadisə yerinə gələn mütəxəssislər yırtıcını faciənin baş verdiyi yerin yaxınlığında görüblər və onu güllələmək məcburiyyətində qalıblar.

Son xəbərlər

Orphus sistemi