Yuxarı
    Bağlamaq

    Rusiyada Andrey Karlovla vida mərasimi dekabrın 22-də keçiriləcək

    Dekabrın 20-də onun cənazəsi Vnukovo hava limanına gətirilib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyada Türkiyədəki keçmiş səfiri, dekabrın 19-da Ankaradakı fotosərgidə güllələnmiş Andrey Karlovla vida mərasimi bu gün keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

    Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin səfirə "Rusiya Qəhrəmanı" fəxri adını verib.

    Dekabrın 20-də onun cənazəsi Vnukovo hava limanına gətirilib. Həmin təyyarə ilə Moskvaya mərhum səfirin anası və həyat yoldaşı da gəlib. Hava limanındakı qarşılanma mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iştirak ediblər.  

    Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altınbaş tərəfindən silahlı sui-qəsd nəticəsində öldürülüb. 

    Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi