Rusiya Xarici Kəşfiyyat Xidməti: Durovun məxfi məlumatları Qərbə açıqlamayacağına ümid edirik

Rusiya Xarici Kəşfiyyat Xidməti: Durovun məxfi məlumatları Qərbə açıqlamayacağına ümid edirik Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin hesab edir ki, Fransada saxlanılan “Telegram”ın təsisçisi Pavel Durov məxfi məlumatların Qərbə ötürülməsinə imkan verməyəcək.
Digər ölkələr
27 Avqust , 2024 13:27
Rusiya Xarici Kəşfiyyat Xidməti: Durovun məxfi məlumatları Qərbə açıqlamayacağına ümid edirik

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin hesab edir ki, Fransada saxlanılan “Telegram”ın təsisçisi Pavel Durov məxfi məlumatların Qərbə ötürülməsinə imkan verməyəcək.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən çox ümid edirəm ki, o, buna imkan verməyəcək", - S.Narışkin Durovun Rusiya üçün həssas məlumatları ötürməsi ilə bağlı narahatlıqların olub-olmaması barədə suala belə cavab verib.

Xatırladaq ki, P.Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Fransa KİV-in məlumatına görə, Fransa vətəndaşlığı olan P.Durov ölkədə axtarışda olan şəxslərin siyahısında yer alırdı.

O, bir sıra cinayətlərdə, o cümlədən “Telegram”ın ölkə hökuməti ilə əməkdaşlıqdan imtina etməsində ittiham olunur.

Son xəbərlər

Orphus sistemi