Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tsinpin Əfqanıstanla bağlı ölkələr arasındakı koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.
“Report” TASS-a istinadən xəbər verir ki, sözügedən razılıq tərəflər arasındakı telefon danışığı zamanı əldə olunub.
Si Tsinpin Əfqanıstandakı siyasi qüvvələrin bütün terror təşkilatlarlarından uzaq olmasının vacibliyini vurğulayıb.
“Biz Əfqanıstanda bütün maraqlı tərəflərin birgə fəaliyyəti üçün açıq və tolerant siyasi çərçivənin formalaşdırılması niyyətindəyik”, - o qeyd edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Tsinpin arasında telefon danışığı olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.
Telefon danışığı barədə detallar açıqlanmayıb.