Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiyanın bombardmançı təyyarələri Britaniyanın hava sərhədinin yaxınlığında uçub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda krallığın hərbçiləri bildirib.
Məlumata görə, qırıcılar La-Manş boğazı sahilində yerləşən Bornmut şəhərinin cənub hissəsi yaxınlığı ilə uçub. Britaniyalı təyyarəçilər onlara 300 metr yaxınlaşaraq, xəbərdaredici siqnal verib, Rusiya qırıcılarını müşayiət ediblər.
Britaniya Hərbi Hava Qüvvələri tərəfindən fakt təsdiqlənib. Hərbi qurumdan bildirib ki, Rusiya qırıcılarının krallıq səmasına "maraqları artsa da, onlar indiyədək sərhədi pozmayıblar".