Rusiya Prezidenti Vladimir Putin “G20” sammitinə dəvət olunub
Digər ölkələr
- 21 aprel, 2022
- 20:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Prezidenti Vladimir Putin “Böyük İyirmilik” (G20) ölkələrinin sammitinə dəvət olunub.
“Report” xəbər verir ki, bunu “G20”yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati bildirib.
O, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı dünya iqtisadiyyatının gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib.
Tədbirin aparıcısı Rusiya Prezidenti Vladimir Putinin payızda Bali adasında keçiriləcək G20 liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir suala cavabında deyib: “Dəvət etmişik. Çünki dəvətlər əvvəlcədən göndərilir. Artıq G20-yə daxil olan bütün ölkələr öz dəvətlərini alıblar”.
Son xəbərlər
13:13
Azərbaycanda vergi güzəşt və azadolmalarının müddətinin uzadılması nəzərdə tutulur
Biznes
13:12
Nazir: "Pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur"
Maliyyə
13:11
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Biznes
13:09
DSMF-nin büdcədən asılılığı bir qədər də azaldılır
Maliyyə
13:09
Rəşad Şolan TDTC-nin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub
Sağlamlıq
13:08
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Xarici siyasət
13:08
Murad Atacanov: "Xəzər regionunda akvakulturada əhəmiyyətli əməkdaşlıq bazası formalaşıb"
ASK
13:06
BTQ-nin təşəbbüsü ilə təsis edilən GYSP-də təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb
Xarici siyasət
13:04
Qazaxıstan və Gürcüstan kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirəcək
Digər ölkələr