Rusiya prezidenti Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - VİDEO

Rusiya prezidenti Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - VİDEO Görüş Kreml sarayında baş tutub
Digər ölkələr
22 Fevral , 2018 21:47
Rusiya prezidenti Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - VİDEO

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Dövlət Kreml sarayında Vətən Müdafiəsi günü münasibəti ilə keçirilən təntənəli gecəyə dəvət olunan Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın Müdafiə nazirliklərinin nümayəndə heyətləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin saytı məlumat yayıb.

Görüşdə Azərbaycanı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edib.   

V.Putin görüş iştirakçılarına dövlət təhlükəsizliyinin təmin edilməsi sahəsində uğurlar arzulayıb

Rusiya prezidenti görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın vacibliyini qeyd edib: "Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan daha yaxşı bilirsiniz.

Kimin üçün ki, silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan 23 fevral tarixi gündür, onları ikiqat təbrik edirəm. Hamınıza, hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi