Yuxarı

​Rusiya Ordusunda döyüş robotları bölmələri yaradılır

Bir-iki il əvvəl döyüş robotları barədə konkret təsəvvürmüz yox idi

Bakı. 9 noyabr. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələri döyüş əməliyyatları zamanı tətbiq etmək üçün ayrı-ayrı robot texnikası sistemi və kompleksləri bölmələrinin formalaşdırılması prosesinə başlayıb.

"Report" "Kapital" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası hərbi sənaye komissiyası kollegiyasının üzvü Oleq Martyanov Müdafiə Nazirliyinin müvafiq qərarına əsasən məlumat verib.

Belə ki, onun sözlərinə görə, hər bir hərbi dairə və donanmalarda ayrı-ayrı döyüş robotları bölükləri yaradılır, həmçinin onların ştat strukturu və idarəetmə orqanları formalaşdırılır.

"Nəzərə alsaq ki, bir-iki il əvvəl döyüş tətbiqi üçün robotlar barədə konkret təsəvvürmüz yox idi, hazırkı qoşunların tez bir zamanda robotlaşdırılması mərhələsi, zənnimcə, qoşunların döyüş hazırlığı səviyyəsini yeni mərhələyə qaldıracaq", - deyə Martyanov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi