Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 29 % artıb

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 29 % artıb Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən ilə nisbətən 29 faiz artıb.
Digər ölkələr
26 Mart , 2023 13:41
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 29 % artıb
Rusiya və Çin

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 29 % artıb.

“Report” xəbər verir ki, bunu Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.

Bildirilib ki, Qərbin sanksiyaları tərəflər arasında əməkdaşlığın güclənməsinə şərait yaradır.

“Çin Qərbin sanksiyaları başlayandan bəri Rusiyaya smartfonlar, noutbuklar, məişət texnikası, kompüter çipləri və avtomobillər verir. Çin avtomobil istehsalçıları il ərzində Rusiya bazarında öz paylarını 10 %-dən 38 %-ə qədər artırıblar”, - nəşrin məqaləsində vurğulanıb.

Qeyd olunub ki, Moskva və Pekin arasında əməkdaşlığın daha da güclənəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi