Rusiya gəmisi ABŞ-ın sanksiyalarına görə Cənubi Koreyada saxlanılıb

Rusiya gəmisi ABŞ-ın sanksiyalarına görə Cənubi Koreyada saxlanılıb Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya gəmisi Cənubi Koreyada saxlanılıb.
Digər ölkələr
29 Sentyabr , 2018 10:13
Rusiya gəmisi ABŞ-ın sanksiyalarına görə Cənubi Koreyada saxlanılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya gəmisi Cənubi Koreyada saxlanılıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Vladivostokdakı Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyanın (ITF) müfəttişi Pyotr Osiçanski məlumat verib.

Onun sözlərinə görə, "Qudzon" şirkətinə məxsus "Sevastopol" yük gəmisinin saxlanılmasına səbəb ABŞ-ın onun sahibinə qarşı tətbiq etdiyi sanksiyalar ola bilər.

"Məndə olan məlumata görə, gəminin saxlanılmasına səbəb sanksiyalardır. Bu gün şirkət Koreya dilində məktub alıb. Məktubda deyilir ki, gəmi həbs olunmayıb, sadəcə, araşdırma müddətinə müvəqqəti saxlanılıb", - P.Osiçanski deyib.

Müffətiş bildirib ki, vəziyyətlə bağlı Rusiyanın Pusandakı konsulu məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi