Rusiya Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT-dən səsvermə tələb edir

Rusiya Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT-dən səsvermə tələb edir Rusiya oktyabrın 16-da Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamənin BMT Təhlükəsizlik Şurasında səsə qoyulmasını istəyib.
Digər ölkələr
15 Oktyabr , 2023 06:11
Rusiya Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT-dən səsvermə tələb edir

Rusiya oktyabrın 16-da Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamənin BMT Təhlükəsizlik Şurasında səsə qoyulmasını istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “X” (keçmiş tviter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qəzza ilə bağlı humanitar qətnamə layihəmizlə bağlı son xəbər. Biz onu BMT Təhlükəsizlik Şurasının üzvləri arasında yaydıq və bazar ertəsi saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00 - red.) səsvermənin keçirilməsini xahiş etdik", - paylaşımda bildirilir.

Polyanski əlavə edib ki, Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasında Braziliyanın sədrliyi ilə yaxın gələcəkdə onun tələbini təsdiqləyəcəyini gözləyir.

“Biz münaqişə tərəflərinə aydın siqnal göndərməliyik”, - Rusiya diplomatı qeyd edib.

Son xəbərlər

Orphus sistemi