Rusiya Almaniya səfirliyinin 2 əməkdaşını arzuolunmaz şəxs elan edib

Rusiya Almaniya səfirliyinin 2 əməkdaşını arzuolunmaz şəxs elan edib Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qayr Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.
Digər ölkələr
12 Dekabr , 2019 12:55
Rusiya Almaniya səfirliyinin 2 əməkdaşını arzuolunmaz şəxs elan edib

Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qayr Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya tərəfi Almaniya hökumətinin dekabrın 4-də Berlindəki Rusiya səfirliyinin 2 əməkdaşını persona non-qrata elan etməsinə etiraz olaraq bu addımı atıb.

Yekunda Moskvadakı Almaniya səfirliyinin iki əməkdaşı arzuedilməz şəxs elan edilib. Onlar bir həftə ərzində Rusiyanı tərk etməlidirlər.

Rəsmi Moskva bu məsələdə qarşılıqlıq prinsipini rəhbər tutduğunu açıqlayıb.

Xatırladırıq ki, avqust ayında Berlinin Moabit rayonunda 40 yaşlı Gürcüstan vətəndaşı güllələnib. Bir neçə gün sonra şübhəli şəxs saxlanılıb, prokurorluq üzərindən cinayətin törədildyi silahın aşkarlandığı həmin şəxsin 49 yaşlı rusiyalı olduğunu bildirib. İstintaqın versiyasına görə, bu, sifarişli qətl olub, sifarişçi kimi isə ya kriminal dünyanın nümayəndələri, ya da xarici dövlətin kəşfiyyatı çıxış edə bilər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dəfələrlə qətllə Rusiya arasındakı əlaqəni təkzib edib. 

Son xəbərlər

Orphus sistemi