Rusiya ABŞ-a etiraz notası verib

Rusiya ABŞ-a etiraz notası verib Rusiya XİN həmçinin Moskvanın cavab tədbirləri hüququnu özündə saxladığını qeyd edib
Digər ölkələr
2 Sentyabr , 2017 17:23
Rusiya ABŞ-a etiraz notası verib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiya ABŞ-a etiraz notası verib. 

"Report" xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. 

XİN-in ABŞ-ın Moskvadakı səfirliyinin müşavir-elçisinə təqdim etdiyi etiraz notası ABŞ-ın Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarışlar aparılması planları ilə əlaqədar.

"Sentyabrın 2-də ABŞ-ın Moskvadakı səfirliyinin müşavir-elçisi E.Qodfri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Birləşmiş Ştatlar hökumətinin Rusiya Federasiyasının Vaşinqtondakı ticarət nümayəndəliyində axtarışlar təşkil etmək niyyəti ilə bağlı etiraz notası təqdim olunub. ABŞ bu gündən bizə binaya girişi qadağan edir, hərçənd bina Rusiyanın dövlət mülkiyyətindədir və diplomatik immunitetə malikdir", - deyə Rusiya XİN-in bəyanatında vurğulanıb. 

XİN-in bəyanatında bildirilib ki, müşavir-elçiyə verilən notada planlaşdırılan axtarışlar misilsiz, aqressiv aksiya kimi qiymətləndirilib. 

Rusiya XİN həmçinin Moskvanın cavab tədbirləri hüququnu özündə saxladığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi