Rumıniyanın sabiq prezidentinə qarşı ittiham irəli sürülüb

Rumıniyanın sabiq prezidentinə qarşı ittiham irəli sürülüb Ölkənin keçmiş prezidenti 1990-cı ildə Buxarestdə keçirilmiş hökumət əleyhinə nümayişi dağıtmaq üçün şaxtaçıları cəlb etməkdə ittiham olunur
Digər ölkələr
16 Yanvar , 2017 17:03
Rumıniyanın sabiq prezidentinə qarşı ittiham irəli sürülüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Rumıniya Hərbi Prokurorluğu 1990-cı il iyunun 13-15-də Buxarestdə keçirilmiş hökumət əleyhinə nümayişi dağıtmaq üçün şaxtaçılardan istifadə etdiyinə görə ölkənin keçmiş prezidenti İon İliyeskuya qarşı rəsmən ittiham irəli sürüb.

Bu barədə "Report" TASS-a istinadən məlumat verir.

"İliyeskuya qarşı cinayət işi açılıb. O, təqsirləndirilən şəxs statusu alıb. Hazırda müdafiəyə hazırlıq işləri ilə məşğuluq", - sabiq prezidentin vəkili Andrey Corcesku mətbuat nümayəndələrinə açıqlamasında deyib.

Təxminən bir saat prokurorluqda qalan keçmiş dövlət başçısının özü isə jurnalistlərlə söhbətdən imtina edib.

Son xəbərlər

Orphus sistemi