Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb Güclü fırtına nəticəsində 8 nəfər ölüb, 67 nəfər yaralanıb
Digər ölkələr
22 Sentyabr , 2017 03:04
Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

Buxarest. 22 sentyabr. REPORT.AZ/ Rumıniya hökuməti ötən həftənin bazar günü ölkənin qərb bölgəsində baş vermiş fırtına nəticəsində dəyən ziyanın aradan qaldırılması məqsədilə maliyyə yardımı ayırıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, hökumətin bu gün keçirilən iclasında təbii fəlakətdən ən çox zərər çəkən yaşayış məntəqələrinə təmir fondundan 36 milyon lei (təqribən 7,9 milyon avro) vəsaitin ayrılması ilə bağlı qərar qəbul edilib.

Baş nazirin müavini Sevil Şhaydeh bildirib ki, ayrılan vəsait 10 rayonda baxça, məktəb, muzey, xəstəxana, kilsə və polis binalarının təmirinə xərclənəcək. Təbii fəlakətdən ən çox zərərçəkən Timiş rayonuna isə 1,1 milyon lei (241 min avro) ayrılıb.

Sentyabrın 17-də baş vermiş güclü fırtına nəticəsində 8 nəfər ölüb, 67 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Küləyin sürəti saatda 100 kilometrə çatıb.

Son xəbərlər

Orphus sistemi