Yuxarı

​Rumıniya Milli Bankının sədr müavini korrupsiya faktına görə saxlanılıb

O, iş adamından 1 milyon avro alaraq Liviu Mihaiunu Dunay Deltasına qubernator təyin etməkdə təqsirləndirilir

Buxarest. 29 iyul. REPORT.AZ/ Rumıniya Milli Bankının sədr müavini Bogdan Oltyanu korrupsiya faktına görə saxlanılıb. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, B.Oltyanu 2006-2008-ci illərdə Rumıniya Deputatlar Palatasının sədri olduğu zaman hazırda həbsdə olan iş adamı Sorin Ovidiu Vantudan seçkilərdə dəstək və eləcə də üçüncü şəxs vasitəsilə 1 milyon avro alaraq siyasi partiyanın hesabına köçürmək, əvəzində isə Liviu Mihaiu adlı şəxsi Dunay Deltasına qubernator təyin etməkdə təqsirləndirilir. Rumıniya Milli Bankının sədr müavini iş adamı ilə görüşdüyünü təsdiqləsə də, sözügedən məbləğdə vəsaiti almadığını bildirib.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin (DNA) əməkdaşları tərəfindən iyulun 28-də gecə saatlarında saxlanılan B.Oltyanu barəsində istintaqın davam etdirilməsi üçün 30 gün müddətində həbs qətimkan tədbiri seçiləcək. 

Xatırladaq ki, B.Oltyanu 7 ildir Rumıniya Milli Bankının sədr müavini vəzifəsində çalışır. Bankdan onun vəzifələrini İdarə Heyətinin digər üzvlərinin yerinə yetirəcəyi bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi