Ruhsar Pekcan Böyük Britaniya ilə imzaladıqları sazişi şərh edib

Ruhsar Pekcan Böyük Britaniya ilə imzaladıqları sazişi şərh edib Türkiyə ilə Böyük Britaniya arasında Ankarada imzalanmış sərbəst ticarət sazişi iki ölkə arasında bütün sənaye və kənd təsərrüfatı məhsullarının ticarətini vergi və rusumlardan azad edir.
Digər ölkələr
29 Dekabr , 2020 19:41
Ruhsar Pekcan Böyük Britaniya ilə imzaladıqları sazişi şərh edib

Türkiyə ilə Böyük Britaniya arasında Ankarada imzalanmış sərbəst ticarət sazişi iki ölkə arasında bütün sənaye və kənd təsərrüfatı məhsullarının ticarətini vergi və rusumlardan azad edir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirib.

“Bu saziş olmasaydı, Birləşmiş Krallığa ixracatımızın haradasa 75 faizi vergi yükü ilə qarşılaşacaqdı və təqribən 2,4 milyard dollaradək ziyana düşəcəkdik. Bu andan etibarən həmin risk ortadan qalxdı”.

Qeyd edək ki, dekabrın 24-də Avropa İttifaqı ilə sərbəst ticarət sazişi imzalayan Böyük Britaniya Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ötən il ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub ki, bunun 10 870 milyon ABŞ dolları Türkiyənin Böyük Britaniyaya ixracatı, 5 427 milyon ABŞ dolları da idxalatının payına düşür. Beləliklə, Türkiyədən idxalatın həcminə görə, Böyük Britaniya Almaniyadan sonra ikinci yerdədir.

Son xəbərlər

Orphus sistemi