Yuxarı

Ruandanın sonuncu kralı sürgündə vəfat edib

V Kiqeli son illər ABŞ-ın Virciniya ştatında müavinət hesabına yaşayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ruandanın sonuncu kralı V Kiqeli 81 yaşında ABŞ-da vəfat edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, son illər ABŞ-ın Virciniya ştatında müavinət hesabına yaşayıb.

Qeyd edək ki, əsl adı Jan-Batist Ndaxindurva olan sabiq kral 1959-cu ildə qardaşı öləndən sonra taxt-taca yiyələnib. 1960-cı ildə hakimiyyəti devrilib və ölkədən qaçıb. Bir il sonra Ruandada monarxiya ləğv edilib və ölkə respublika elan olunub.

Sürgündə yaşayan kral V Kiqelinin hakimiyyətə qayıtmaq cəhdi uğursuzluğa uğrayıb. O, 20 il ərzində Afrikanın müxtəlif ölkələrində yaşayıb. Nəhayət, ABŞ-da məskunlaşıb. Keçmiş monarx Ruanda qaçqınlarına yardım məqsədi ilə V Kiqeli Xeyriyyə Fondu yaratmışdı. O, ölkəsindən sürgün edildikdən sonra heç vaxt Ruandaya qayıtmaq istədiyini deməyib və vətənində törədilən soyqırımı da heç vaxt dilinə gətirməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi